Noyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Portu”nu qəbul edəcək. Şenol Günəşin yetirmələrini növbəti mərhələyə adlamaq üçün heç-heçə də qane edir. “H” qrupunun lideri “Tottenhem” isə səfərdə autsayder “Borussiya Dortmund”un qonağı olacaq.Gün ərzində qruplarda aşağıdakı qarşılaşmalar keçiriləcək:
“E” qrupu
“Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə)
“Spartak” (Rusiya) – “Maribor” (Sloveniya)
“F” qrupu
“Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə)
“Napoli” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
“G” qrupu
“Beşiktaş” (Türkiyə) – “Portu” (Portuqaliya)
“Monako” (Fransa) – “Leyptsiq” (Almaniya)
“H” qrupu
APOEL (Kipr) – “Real Madrid” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə).
Qitənin ən nüfuzlu klub turnirinin “C” qrupunda mübarizə aparan “Qarabağ” komandası noyabrın 22-də Londonun “Çelsi” klubunu qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…