İyulun 10-da UEFA Çempionlar Liqasının dörddəbir və yarımfinal mərhələlərinin püşkü atılıb.Azərtac xəbər verir ki, artıq “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya) və PSJ (Fransa) klubları dörddəbir finala vəsiqə qazanıblar. “Çelsi” – “Bavariya” (0:3), “Napoli” – “Barselona” (1:1), “Real” – “Mançester Siti” (1:2) və “Lion” – “Yuventus” (1:0) cütünün cavab qarşılaşmaları isə koronavirusa görə təxirə salınıb. Bu görüşlər avqustun 7-8-də keçiriləcək.İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya görə, dörddəbir finalda “Mançester Siti”/“Real”-“Yuventus”/”Lion”, “Leypsiq”-“Atletiko”, “Barselona”/“Napoli”-“Çelsi”/“Bavariya”, “Atalanta”-PSJ matçları oynanılacaq.Yarımfinalda isə birinci və üçüncü dörddəbir final mərhələsinin, ikinci və dördüncü dörddəbir final mərhələsi cütlərinin qalibləri üz-üzə gələcəklər.Dörddəbir final mərhələsinin matçları avqustun 12-15-də, yarımfinal görüşləri isə ayın 18-19-da oynanılacaq. Final matçı isə avqustun 23-də keçiriləcək.Qeyd edək ki, dörddəbir final mərhələsinin görüşləri bir oyundan ibarət olacaq. Qarşılaşmalar Portuqaliyada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…