UEFA Çempionlar Liqasının sonuncu yarımfinal oyunu keçirilib.Trend-in məlumatına görə, “Tottenhem” klubu səfərdə “Ayaks” komandası ilə qarşılaşıb. İlk oyunda öz meydanında 0:1 hesabı ilə məğlub olan londonluları çətin matç gözləyirdi.Oyunun 5-ci dəqiqəsində meydan sahiblərinin hesabı açması “Tottenhem”in işini daha da çətinləşdirdi. Fərqlənən isə Matteys de Liqt oldu. Ardınca 35-dəqiqədə Hakim Ziyeş “Ayaks”ı hesabda daha da irəli çıxardı.İkinci hissənin əvvəlində (55-ci dəqiqə) “Tottenhem”in futbolçusu Lukas Moura komandasını ümidləndirdi, cəmi 4 dəqiqə sonra isə Moura hesabı bərabərləşdirdi. Son dəqiqəyəcən qeyri-mümkün görsənsə də, Moura oyuna əlavə olmuş dəqiqələrdə (90+6) qol vurdu və komandasını finala çıxardı.Beləliklə, 2018-2019-cu il mövsümü UEFA Çempionlar Liqasının final matçı “Liverpul” və “Tottenhem” komandaları arasında keçiriləcək. Oyun iyunun 1-də Madriddə, “Vanda Metropolitano” stadionunda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…