Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” II mərhələnin ilk oyununda Almaniya çempionu “Herta” ilə qarşılaşacaqlar. Berlin klubu ilə ilk görüş Qəbələ şəhər stadionunda keçiriləcək.Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona həmyerliləri Rustam Matyakubov və Maral Abdikerov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını azərbaycanlı İnqilab Məmmədov yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektoru AFFA-nın Hakimlər Departamentinin sədri Frits Ştuxlik, UEFA nümayəndəsi isə monteneqrolu Aleksandra Ana Raspopoviç olacaqlar.Görüş saat 17:00-da başlayacaq.Komandalar arasında cavab oyunu noyabrın 28-də Belində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.Xatırladaq ki, “Qəbələ” birinci mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…