UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turu çərçivəsində

22 Sentyabr 2021 15:44

Xəbər 477 dəfə oxunub

UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Alkmaar” (Niderland) qarşılaşmasının biletləri satışa çıxarılıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 1 və 3 manatdır.Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq.Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda” (Rumıniya) – “Anje” (Fransa) duelinin güclüsü ilə görüşəcək.xeber100.com