UEFA İcraiyyə Komitəsinin qərarına əsasən…

29 Yanvar 2019 11:18

Xəbər 583 dəfə oxunub

Gələn il keçiriləcək futbol üzrə Avropa çempionatının başlamasına 500 gün qalır. Çempionatın 60 illik yubileyinə həsr olunacaq qitə birinciliyinin final mərhələsinin 4 oyununa Bakı ev sahibliyi edəcək. Azərbaycan paytaxtında A qrupunun 3 oyunu (13, 17, 21 iyun) və dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) təşkil olunacaq. Oyunların hamısı Azərbaycanın ən böyük stadionunda – 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək. Bilet satışına iyunun 12-də başlanması planlaşdırılır.Azərtac xəbər verir ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə keçiriləcək turnirin bütün qitəni əhatə etməsi məqsədilə UEFA İcraiyyə Komitəsi 2012-ci ildə qərar qəbul edib. Avro 2020”nin 2019-cu ilin martından noyabrınadək keçiriləcək seçmə mərhələsi nəticəsində 20 komanda final mərhələsinə yüksələcək. Digər dörd lisenziyaya isə UEFA Millətlər Liqasında ilk dörd yeri tutan komandalar sahib olacaq.xeber100.com