“UEFA KİSS Marketing Awards-2016”…

16 Noyabr 2016 10:38

Xəbər 790 dəfə oxunub

AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards-2016”ya təqdim olunmuş “CBC Sport” layihəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib. Azərtac xəbər verir ki, noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı qalib layihə müəyyənləşəcək. Qalib adı uğrunda “CBC Sport” Niderland Krallığı Futbol Assosiasiyasının İNG Bank həvəskar futbol sponsorluq proqramı və Polşa Futbol Federasiyası PZPN-in lisenziyalaşdırma proqramı layihələri ilə rəqabət aparacaq. “UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. İki il əvvəl AFFA tərəfindən keçirilmiş “3×3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.xeber100.com