UEFA Konfrans Liqasında final mərhələsinin cavab matçlarına start verilib

16 Mart 2023 15:13

Xəbər 329 dəfə oxunub

UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib. “Başakşehir” klubu İstanbulda Belçikanın “Gent” komandasını qəbul edib. Görüş Belçika təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. İki görüşün nəticəsinə görə, “Gent” turnirin dörddəbir final mərhələsinə yüksəlib. “Gent” turnirin pley-off mərhələsində Ağdamın “Qarabağ” klubunu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.xeber100.com