UEFA Konfrans Liqasında qrup mərhələsinin oyunları keçirilib

10 Dekabr 2021 14:52

Xəbər 531 dəfə oxunub

Dekabrın 9-da futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib.8 qrupda keçirilən 16 qarşılaşma ilə 2021-2022-ci illər mövsümünün qrup mərhələsinə yekun vurulub.“Qarabağ”ın yer aldığı H qrupunda Kiprin “Omoniya” klubu öz meydanında Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzan Azərbaycan təmsilçisi “Qarabağ” da pley-offda mübarizəni davam etdirəcək.“Vitess” Niderlandda Sloveniya “Mura”sını darmadağın edib – 3:0. G qrupundakı “Tottenhem” (İngiltərə) – “Renn” (Fransa) görüşü London təmsilçisində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb. Pley-offa vəsiqənin sahibi həmin matçın taleyindən sonra bəlli olacaq.xeber100.com