Dekabrın 9-da futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçiriləcək.“Qarabağ”ın yer aldığı H qrupunda əsas mübarizə liderlik uğrunda gedəcək. İsveçrədə “Bazel”in qonağı olacaq Ağdam klubu səkkizdəbir finala adlamaq üçün mütləq qalib gəlməlidir.C qrupunda yer alan “Roma” klubu səfərdə Bolqrıstanın “MOİK-Sofiya” komandası ilə üz-üzə gələcək. Qrup lideri – Norveçin “Budyo Qlimt” klubu isə Ukraynada “Zarya Luqansk” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Norveçlilər xal itirəcəkləri halda və “Roma” qələbə qazanarsa italyalılar qrup mərhələsini lider kimi başa vuracaqlar.G qrupunda İngiltərənin “Tottenhem” və Fransanın “Renn” klubları arasında keçirilməli olan qarşılaşma London təmsilçisinin heyətində koronavirusa kütləvi yoluxma halları əlaqədar təxirə salınıb. UEFA bu görüşlə bağlı qərarını daha sonra açıqlayacaq.Günün bütün görüşləri aşağıdakılardır:
A qrupu
“LASK” (Avstriya) – “HİK” (Finlandiya);
“Alaşkert” (Ermənistan) – “Makkabi” (Təl-Əviv, İsrail).
Qrupdakı vəziyyət: LASK – 13, “Makkabi” – 10, HİK – 6, “Alaşkert” – 0.
B qrupu
“Gent” (Belçika) – “Flora” (Estoniya);
“Partizan” (Serbiya) – “Anortosis” (Kipr).
Qrupdakı vəziyyət: “Gent” – 10, “Partizan” – 7, “Flora” – 5, “Anortosis” – 5.
C qrupu
“MOİK-Sofiya” (Bolqarıstan) – “Roma” (İtaliya);
“Zarya” (Luqansk, Ukrayna) – “Budyo Qlimt” (Norveç).
Qrupdakı vəziyyət: “Budyo Qlimt” – 11, “Roma”- 10, “Zarya” – 6, “MOİK-Sofiya” – 1.
D qrupu
ÇFR (Kluj, Rumıniya) – “Yablonets” (Çexiya);
“AZ Alkmar” (Niderland) – “Randers” (Danimarka).
Qrupdakı vəziyyət: “AZ Alkmar” – 11, “Randers” – 7, “Yablonets” – 6, ÇFR – 1.
E qrupu
“Union Berlin” (Almaniya) – “Slaviya” (Praqa, Çexiya);
“Feyenoord” (Niderland) – “Makkabi Hayfa” (İsrail).
Qrupdakı vəziyyət: “Feyenoord” – 11, “Slaviya” – 7, “Union Berlin” – 6, “Makkabi Hayfa” – 4.
F qrupu
“Kopenhagen” (Danimarka) – “Slovan” (Bratislava, Slovakiya);
PAOK (Yunanıstan) – “Linkoln” (Cəbəllütariq).
Qrupdakı vəziyyət: “Kopenhagen” – 12, “Slovan” – 8, PAOK – 8, “Linkoln” – 0.
G qrupu
“Vitess” (Niderland) – “Mura” (Sloveniya).
Qrupdakı vəziyyət: “Renn” – 11, “Tottenhem” – 7, “Vitess” – 7, “Mura” – 3.
H qrupu
“Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan);
“Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan).
Qrupdakı vəziyyət: “Bazel” – 11, “Qarabağ” – 11, “Omoniya” – 3, “Kayrat” – 1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…