UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində

22 İyul 2021 14:45

Xəbər 389 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Oyun azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Matça arenanın ümumi tutumunun 50 faizi qədər – 15 min bilet ayrılıb.Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra keçiriləcək.xeber100.com