Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Kiprin “Aris” komandası növbəti transferini rəsmiləşdirib. “Aris” Fransanın “Genqam” klubunun hücumameylli yarımmüdafiəçisi Yannik Qomisi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqaldan olan 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.Futbolçu 2018-ci ildən “Genqam”da çıxış edib. O, daha əvvəl “Orleans” və “Lans” komandalarının da formasını geyinib. Seneqal yığmasında iki oyuna çıxmış futbolçu 1 qol vurub.“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə ayın 28-də Bakıda baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…