UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələn “Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail) matçı başa çatıb.Azərtac xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma gərgin hücumlarla yadda qalıb.Ukraynalı hakim Sergey Boykonun idarə etdiyi oyunda qapılara qol vurulmayıb – 0:0. Görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.“Aşdod”un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Abu Akal, Lior Einbrom, Montari Kamaheni, Tom Ben Zaken, Martin Raynov, David Roi Nyenque, Yakov Brihon və Oz Bilevi meydana çıxıblar.Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra İsraildə təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…