UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında

20 Fevral 2023 14:57

Xəbər 246 dəfə oxunub

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”in rəqibi olacaq “Qarabağ” fevralın 21-də Belçikaya yollanacaq. Komandanı Gentə aparacaq təyyarə saat 17:00-da yola düşəcək.

Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi “KAA Gent” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.

“Gent”–“Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb.xeber100.com