UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda anşlaq olacaq

10 Fevral 2022 12:18

Xəbər 403 dəfə oxunub

“Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda anşlaq olacaq.Qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.On beş avroya satışa çıxarılmış 5-ci kateqoriya üzrə biletlər tükənib. Satışda yalnız 20, 25, 29 və 39 avroya olan biletlər qalıb.Qeyd edək ki, fevralın 17-də oynanılacaq “Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.xeber100.com