UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda

21 Oktyabr 2021 19:20

Xəbər 257 dəfə oxunub

Oktyabrın 21-də UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” doğma meydanda “Kayrat”ı məğlub edib.Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunda “Kayrat” hesabı açıb. Qonaq klubun qolunu 19-cu dəqiqədə onbir metrlik cərimə zərbəsindən Jose Kante vurub. Matçın 79-cu dəqiqəsində Ramil Şeydayev hesabı bərabərləşdirməyə nail olub. Görüşün 90+1-ci dəqiqəsində Abbas Hüseynov komandasının ikinci qolunu vuraraq “Qarabağ”ı hesabda irəli keçirib.Beləliklə, “Qarabağ” öz meydanın möhtəşəm geri dönüş edərək “Kayrat”ı 2:1 hesabı ilə məğlub edib.Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edib.Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Tural Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.“Kayrat” klubunun ilk onbirliyində isə Stas Pokatilov, Yan Voroqovski, Nurali Alip, Rade Duqaliç, Maki Baqnak, Dino Mikanoviç, Rikardo Alves, Denis Polyakov, Neboyşa Kosoviç, Joao Paulo və Jose Kante yer alıblar.Ağdam təmsilçisinin heyətində 3 futbolçu – Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə üzündən görüşü buraxmalı olublar. Qonaq komandanın heyətində bombardir Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayıblar.Qeyd edək ki, hazırda “Qarabağ” 7 xalla H qrupuna liderlik edir. Ağdam təmsilçisindən 3 xal geri qalan “Bazel” ikinci, 1 xalı olan “Kayrat” və “Omoniya” isə 3-4-cü pillələrdə qərarlaşıblar. Bu qrupun digər oyununda Kiprin “Omoniya” klubu İsveçrədə “Bazel” komandasının qonağı olacaq.Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər.xeber100.com

 

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02