UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində

4 Avqust 2022 14:56

Xəbər 401 dəfə oxunub

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Rapid” (Avstriya) oyununda birinci hissə başa çatıb.”Bakcell Arena”da oynanılan görüşün birinci hissəsi Bakı təmsilçisinin üstünlüyü ilə yekunlaşıb – 1:0. Oyunun 44-cü dəqiqəsində “Neftçi”nin israilli yarımmüdafiəçisi Ataa Caber baxımlı qola imza atıb.Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.xeber100.com