UEFA kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində…

11 Oktyabr 2016 11:01

Xəbər 1125 dəfə oxunub

Oktyabrın 11-də Makedoniyada futzal üzrə UEFA kuboku yarışlarının seçmə mərhələsi çərçivəsində ikinci qrupda mübarizəyə start verilir. Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Araz” turnirdə yerli “Jelezareç”, Gürcüstanın “Tbilisi Universiteti” və Kosovonun “Feniks” klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu ilk turda Gürcüstan təmsilçisi ilə qarşılaşacaq. Baş məşqçi Miltinyo Makedoniyada Anar Məmmədov, Rövşən Hüseynli, Emin Kürdov, Oqtay Rüstəmli, Eduardo, Rizvan Fərzəliyev, Vassura, Everton Kardoso, Fabio Poletto, Tyaqu, Fineo, Ramiz Çovdarov, Xətai Bağırov və İsa Atayevin xidmətindən yararlanacaq.xeber100.com