UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək

15 Oktyabr 2018 11:46

Xəbər 681 dəfə oxunub

Oktyabrın 15-də UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək.Azərtac xəbər verir ki, günün maraqlı qarşılaşması A liqasının 4-cü qrupunda oynanılacaq. İspaniya millisi İngiltərə yığmasını qəbul edəcək. Bu komandaların İngiltərədə ilk qarşılaşması İspaniya seçməsinin qələbəsi ilə başa çatmışdı (2:1). Qrupa iki turdan sonra 6 xalla İspaniya millisi başçılıq edir, aktivlərində 1 xalı olan İngiltərə və Xorvatiya yığmaları üçüncü dördüncü yerləri bölüşürlər.Günün növbəti oyunlar aşağıdakılardı:

A liqası 2-ci qrup

İslandiya – İsveçrə

B liqası 3-cü qrup

Bosniya və Herseqovina – Şimali İrlandiya

C liqası 2-ci qrup

Finlandiya – Yunanıstan

Estoniya – Macarıstan

D liqası 2-ci qrup

Belarus – Moldova

Lüksemburq – San Marino.xeber100.com