Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi səfərdə Kipr seçməsinin qonağı olub. Millimiz Nikosiyada Kipr komandasını minimal hesabla məğlub edib – 1:0. Oyunda yeganə qolun müəllifi 29-cu dəqiqədə kapitan Maksim Medvedev olub.Azərbaycan millisi növbəti oyununu Monteneqro yığmasına qarşı keçirəcək. Görüş oktyabrın 10-da baş tutacaq.Azərbaycan millisinin yer aldığı qrupun digər görüşündə Lüksemburq öz meydanında Monteneqro seçməsinə son dəqiqələrdə (90-cı) buraxdığı qolla məğlub olub.Günün ən maraqlı görüşü “Stad de Frans” stadionunda baş tutub. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib. Məhsuldarlığı ilə seçilən görüşdə fransızlar güclü olub – 4:2. Fransa millisinin heyətində Antuan Qrizman, Dominik Luvakoviç (avtoqol), Dayo Upamkano, Olivye Giru, Xorvatina seçməsinin isə Deyan Lovren və Yosip Brekalo fərqləniblər.Turun digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:
A liqası (3-cü qrup)
İsveç – Portuqaliya – 0:2.
A liqası (2-ci qrup)
Belçika — İslandiya – 5:1;
Danimarka — İngiltərə – 0:0.
C liqası (2-ci qrup)
Gürcüstan – Şimali Makedoniya – 1:1;
Ermənistan – Estoniya – 2:0.
D liqası (2-ci qrup)
San-Marino – Lixtenşteyn – 0:2.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…