Oktyabrın 16-da UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində doqquz oyun keçiriləcək.Azərtac xəbər verir ki, turun maraq doğuran qarşılaşması “Stad de Frans”da Fransa-Almaniya görüşü olacaq. A liqasının 1-ci qrupunda yer alan hər iki komanda indiyədək 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 7-də fransızlar, 4-də isə almanlar qalib gəliblər. Almaniya millisi bu oyunda məğlub olacağı təqdirdə növbəti mərhələ yüksəlmək şansını itirəcək. İki turdan sonra qrupa 4 xalla Fransa millisi başçılıq edir. Niderland yığması üç xalla ikinci, aktivində 1 xalı olan Almaniya seçməsi isə üçüncü yerdə qərarlaşıb.B liqasının 1-ci qrupunda keçiriləcək Ukrayna – Çexiya oyunu da prinsipial qarşılaşmalardan olacaq. Belə ki, Ukrayna yığması qələbə qazanacağı təqdirdə pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.Bu liqanın 4-cü qrupunda İrlandiya – Uels matçı keçiriləcək. İrlandiya seçməsi məğlub olsa, növbəti mərhələyə çıxmaq şansını itirəcək.Gün ərzində keçiriləcək növbəti oyunlar aşağıdakılardır:
C liqasının 3-cü qrupu:
Norveç – Bolqarıstan
Sloveniya – Kipr
D liqasının 1-ci qrupu:
Qazaxıstan – Andorra
Latviya – Gürcüstan
D liqasının 4-cü qrupu:
Ermənistan – Makedoniya
Cəbəllütariq – Lixtenşteyn.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…