UEFA Millətlər Liqasının “D” liqasının üçüncü qrupunda

16 Mart 2018 16:11

Xəbər 1070 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Elçin Rəhmanov UEFA Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyunlarını izləyəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo–Madaqaskar və ertəsi gün isə İspaniyada təşkil olunacaq Farer Adaları–Lixtenşteyn yoldaşlıq oyunlarına canlı baxacaq.E.Rəhmanov qarşılaşmaları baş məşqçi Qurban Qurbanovun göstərişinə əsasən izləyəcək.Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasının “D” liqasının üçüncü qrupunda Farer adaları, Malta və Kosovo yığmaları ilə qarşılaşacaq.xeber100.com