UEFA Millətlər Liqasının IV turunda

29 Sentyabr 2018 19:57

Xəbər 929 dəfə oxunub

Azərbaycan millisinin UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə ev oyunu üçün biletləri satışa çıxarılıb.Milli.az xəbər verir ki, azarkeşlər oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərini bu gündən əldə edə bilərlər.Üç kateqoriya üzrə biletlərin qiyməti 2 – 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.Qeyd edək ki, milli komanda oktyabrın 11-də III tur çərçivəsində Farer adalarının qonağı olacaq. D Liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb.xeber100.com