UEFA Millətlər Liqasının oyunları üçün 23 futbolçuya dəvət göndərilib

25 Avqust 2018 19:35

Xəbər 741 dəfə oxunub

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson İslandiya milli komandasına dəvət alıb.Milli.Az xəbər verir ki, yığmanın yeni baş məşqçisi Erik Hamre UEFA Millətlər Liqasının oyunları üçün 23 futbolçuya dəvət göndərib. Yığmaya çağırılan futbolçular arasında 34 yaşlı “çərçivə qoruyucusu” da var.İslandiya millisi Millətlər Liqasında sentyabrın 8-də İsveçrə, 11-də isə Belçika yığması ilə qarşılaşacaq.Qeyd edək ki, Hannes 2018-ci il dünya çempionatından sonra Danimarkanın “Randers” klubundan “Qarabağ”a transfer olunub.xeber100.com