Noyabrın 8-də futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışına start veriləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, millimiz noyabrın 11-də yoldaşlıq oyununda Sloveniya, ayın 14-də və 17-də isə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində müvafiq olaraq Monteneqro və Lüksemburq milli komandası ilə qarşılaşacaq. Təlim-məşq toplanışı qeyd olunan oyunlara hazırlıq məqsədi daşıyacaq.Hazırlığa Emil Balayev, Şahrudin Məhəmmədəliyev (hər ikisi “Qarabağ”), Aydın Bayramov (“Sumqayıt”), Maksim Medvedev (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Rahil Məmmədov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Şəhriyar Əliyev, Azər Salahlı (hər ikisi “Keşlə”), Tellur Mütəllimov (“Sumqayıt”), Mert Çelik (“Neftçi”), Təmkin Xəlilzadə (“Sabah”), Abbas Hüseynov (“Qarabağ”), Elvin Bədəlov (“Sumqayıt”), Qara Qarayev, İsmayil İbrahimli (hər ikisi “Qarabağ”), Rəhman Haciyev (“Keşlə”), Elvin Camalov (“Zirə”), Rəhim Sadıxov, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Çoşqun Diniyev (“Sabah”), Vüqar Mustafayev (“Sumqayıt”), Vüsal İsgəndərli (“Keşlə”), Ramil Şeydayev (“Sabah”), Namik Ələskərov (“Neftçi”), Mahir Emreli (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”) və Musa Qurbanlı (“Qarabağ”) dəvət olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…