UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyun keçiriləcək

6 İyun 2022 12:06

Xəbər 477 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.Komandamız Serbiyada Belarus millisi ilə üz-üzə gələcək.Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü isveçli baş hakim Məhəmməd Əl-Hakim idarə edəcək.Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.Qeyd edək ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib – 0:1.xeber100.com