UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasına start veriləcək

6 Sentyabr 2018 13:03

Xəbər 612 dəfə oxunub

Sentyabrın 6-də UEFA-nın yeni təsis etdiyi qitə miqyaslı yeni futbol turnirinə – Millətlər Liqasına start veriləcək.Azərtac xəbər verir ki, turnirin açılış oyunu Azərbaycan milli komandasının da yer aldığı “D” liqasında baş tutacaq. Qazaxıstan millisi “Astana Arena”da Gürcüstan yığmasını qəbul edəcək. Azərbaycan yığma komandası isə sentyabrın 7-də Bakıda Kosovo millisi ilə üz-üzə gələcək.UEFA Millətlər Liqasının formatı və reqlamenti 2014-cü il dekabrın 4-də təsdiqlənib. Millətlər Liqasında çıxış edən 55 milli komanda hər birində dörd qrupun olduğu dörd liqada (“A”, “B”, “C”, “D”) mübarizə aparacaq. “A” liqasında UEFA-nın milli komandaların reytinq siyahısında ilk 12 sırada qərarlaşan yığmalar yer alıblar. Belə ki, bu liqada Almaniya, Portuqaliya, Belçika, İspaniya, Fransa, İngiltərə, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya və Niderland yığmaları hər birində üç komanda olan dörd qrupda yarışacaqlar.UEFA-nın reytinq siyahısında 13-24-cü yerlərdə qərarlaşan digər 12 komanda – Avstriya, Uels, Rusiya, Slovakiya, İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə “B” liqasında hər birində üç millinin olduğu dörd qrupda mübarizə aparacaq.xeber100.com