UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatı yenidən artırılıb

5 Avqust 2022 14:52

Xəbər 392 dəfə oxunub

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.Bu, “Neftçi”nin UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Avstriyanın “Rapid” (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,250 xal gətirib.Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.xeber100.com