Avqustun 15-də Madridin iki təmsilçisi – “Atletiko” və “Real” 44-cü UEFA Super Kuboku uğrunda mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, qarşılaşma Estoniyanın paytaxtında Tallinndə “Lilleküla” stadionunda baş tutacaq.“Real Madrid” 2017-2018 mövsümündə Çempionlar Liqasının, “Atletiko” isə Avropa Liqasının qalibi olub. UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin iki komandası qarşılaşacaq.“Real Madrid” UEFA Super Kubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib.1972-ci ildən təşkil olunan Super Kuboku ən çox qazananlar İspaniyanın “Barselona” və İtaliyanın “Milan” komandalarıdır. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb. Bu gün “Real Madrid” qələbə qazanacağı təqdirdə “Barselona” və “Milan” klubları ilə UEFA Super Kuboku sayını bərabərləşdirəcək. “Atletiko Madrid” isə bu vaxta kimi iki dəfə bu titula sahib olub (2010, 2012).Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Qarşılaşmanı polşalı Şimon Marçinek idarə edəcək. Ona Pavel Sokolckiy və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ovidiu Xaceqan yerinə yetirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…