Makedoniyanın paytaxtı Skopyedə İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester United” komandaları arasında keçirilən oyunda UEFA Superkubokunun qalibi müəyyən olunub.Azərtac xəbər verir ki, Çempionlar Liqasının son qalibi “Real Madrid” Avroliqanı qazanan “Mançester”i 2:1 hesabı ilə məğlub edərək superkubokun sahibi olub.Bakı vaxtı ilə saat 23:45-də qarşılıqlı hücumlarla başlayan matçın 24-cü dəqiqəsində “Real Madrid”in futbolçusu Kasemiro hesabı açıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan madridlilər ikinci hissənin əvvəlində daha bir dəfə fərqləniblər. İsko matçın 52-ci dəqiqəsində hesabı iki topa çatdırıb. Oyunun 62-ci dəqiqəsində Lukaku hesab arasındakı fərqi minumuma endirib – 2:1. Oyunda başqa qol vurulmayıb.Bununla da “Real Madrid” tarixində dördüncü dəfə superkuboka sahib çıxıb.Qeyd edək ki, 1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox hərəsi beş dəfə olmaqla “Barselona” və “Milan” komandaları qazanıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…