UEFA İntizam Komitəsi İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettinonu cəzalandırıb.Milli.az xəbər verir ki, argentinalı mütəxəssisə bir oyunluq cəza verilib.Lakin cəza şərti xarakter daşıyacaq və ona bir il sınaq müddəti veriləcək. İngiltərə təmsilçisinə həmçinin 10 min avro məbləğində cəza kəsilib.Bu cəzaya Çempionlar Liqasının yarımfinalında Hollandiya “Ayaks”ı ilə ilk oyunun məhz Poçettinoya görə gec başlaması səbəb olub.”Ayaks”la Londondakı görüş “Tottenhem”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda Amsterdamdakı qarşılaşmada rəqibini 3:2 məğlub edərək finala yüksəlib.Çempionlar Liqasının finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddə, “Vanda Metropolitano” stadionunda baş tutacaq. UEFA-nın bu cəzasına baxmayaraq, Poçettino həmin matçda texniki zonada yer ala biləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…