Bu gün DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında növbəti görüşlərə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə D, G və İ qruplarında matçlar oynanılacaq. AÇ-2016-da yarımfinala qədər irəliləyən Uels millisi Avstriyanın qonağı olacaq. Moldova Serbiyanı qəbul edəcəyi halda, Gürcüstan millisi səfərdə İrlandiya ilə münasibətləri ayırd edəcək. Günün, eləcə də həftənin ən maraqlı qarşılaşması Turində baş tutacaq. Belə ki, G qrupunda mübarizə aparan 2012-ci ilin qitə çempionatının finalçıları İtaliya və İspaniya yığmaları yenidən üz-üzə gələcəklər. Qrupun digər görüşlərində isə Albaniya Lixtenşteynin, İsrail Makedoniyanın qonağı olacaq. Türkiyə yığması da seçmə mərhələnin II turundakı oyununa bu gün çıxacaq. İlk görüşdə səfərdə Xorvatiyadan 1 xal alan “ay-ulduzlular” bu dəfə öz meydanlarında Ukraynanı xalsız yola salmağa çalışacaqlar. Xorvatiya Kosovonun qonağı olacağı halda, qrupun digər qarşılaşmasında İslandiya və Finlandiya yığmaları bir-birinə rəqib olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…