Mütləq döyüş çempionatı üzrə “UFC Fight Island” yarışları çərçivəsində iyulda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yas adasında dörd turnir keçirəcək.Azərtac xəbər verir ki, bu barədə UFC məlumat yayıb.Abu-Dabidə yerləşən adada turnirlərin iyulun 11-də, 15-də, 18-də və 25-də keçirilməsi planlaşdırılır. Döyüşlərin keçirilməsi üçün təhlükəsizlik zonası yaradılacaq. İyirmi beş kvadratkilometrlik arenanı əhatə edəcək təhlükəsizlik zonasında otel, təlim və yemək otaqları yerləşəcək. Turnirlər üçün nəzərdə tutulmuş bu arenaya yalnız döyüşçülər, məşqçilər, UFC işçiləri, habelə obyektlərin işləməsini təmin etmək üçün Yas adasında çalışan şəxslər daxil ola biləcəklər. Döyüşlər tamaşaçısız keçiriləcək.UFC rəhbəri Dana Uayt koronavirus pandemiyası şəraitində apreldə xüsusi bir adada yarışlar təşkil etmək istədiklərini açıqlamışdı. Onun fikrincə, adada döyüşlərin təşkili epidemioloji cəhətdən daha təhlükəsizdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…