Ukrayna və Avropa İttifaqa arasında imzalanan assosiasiya haqqında sazişə dair qərara yenidən baxıla bilər.
“Kommersant”-ın verdiyi məlumata görə, bunu Niderlandın baş naziri Mark Rütte bəyan edib.
“Məsələyə müxtəlif səviyyələrdə müzakirə olunacaq, o cümlədən parlamentdə və Aİ-də. Bu müəyyən müddət tələb edəcək. Bu proses bir neçə həftə uzana bilər”, deyə M.Rütte bildirib. Aprelin 6-da Niderlandda Ukrayna və Avropa İttifaqı arasında imzalanan assosiasiya haqqında sazişin məqsədəuyğunluğuna dair referendum keçirilib. İlkin nəticələr görə, sazişin lehinə seçicilərin 38,1%-i, əleyhinə isə 61% səs verib.
Qeyd edək ki, seçkinin nəticələri tövsiyə xarakteri daşıyır və mütləq qaydada icra edilməsi üçün hüquqi əsası yoxdur. 2014-cü ildə Ukrayna və Aİ arasında bağlanan assosiasiya haqqında sazişi Avropa İttifaqına üzv olan 28 ölkənin parlamenti ratifikasiya edib.
Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko Niderlandda keçiriləcək referendumun Ukrayna-Avropa İttifaqı sazişinə əngəl törətməyəcəyini bildirib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…