Ukrayna çempionatı mayın 30-da bərpa olunacaq

16 May 2020 21:55

Xəbər 485 dəfə oxunub

Futbol üzrə Ukrayna çempionatı ilə bağlı qərar verilib.Azərtac xəbər verir ki, bu ölkədə çempionatın davam etdirilməsi qərara alınıb. Yarışın mayın 30-da bərpa olunacağı diqqətə çatdırılıb. Mövsümə iyulun 19-da yekun vurulacaq və matçlar azarkeşsiz keçiriləcək.Qeyd edək ki, Ukrayna çempionatı 23-cü turun oyunlarından sonra dayandırılmışdı.xeber100.com