Ukrayna Hesablama Palatasının hesabatına əsasən, vergi borcunun məbləğinin yüksək olması vergi borclarının idarə edilməsi üzrə mövcud sistemin səmərəsiz və qeyri-şəffaf olması ilə bağlıdır. Palatanın mövqeyinə görə, fiskal xidmətin bu istiqamət üzrə işinin məhsuldarlıq səviyyəsi çox aşağı olub.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, 2017-ci il fevralın 1-nə olan göstəricilərə əsasən, mənzil-kommunal xidmətlərinə görə ödənilmiş məbləğ ödənilməli olan vəsaitin 62,6 faizini təşkil edib.2014-2016-cı illəri əhatə edən son üç il ərzində dövlət büdcəsinə olan vergi borclarının məbləği 2017-ci ilin əvvəlində 59 milyard qrivnaya (2,18 milyard dollar) çatıb, bu isə 3,8 dəfə artım deməkdir. Borcların əsas məbləği əlavə dəyər vergisinin, müəssisələrin mənfəət vergisinin və icarə ödəmələrinin hesabına yaranıb.Beləliklə, dövlət orqanları tərəfindən görülən tədbirlərin səmərəsizliyi ona gətirib çıxarıb ki, vergi borcu “ümidsiz borc” statusunda qalmır, son nəticədə silinir. 2014-2017-ci illərdə Ukraynada mənzillərin isidilməsi üçün tarif 11,3 dəfə, qaz üçün 9,5 dəfə, isti su təchizatı üçün 5,6 dəfə, elektrik təchizatı üçün isə 3,2 dəfə artırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…