Ukrayna kubokunda dörddəbir final mərhələsinin oyunları keçirilib

5 Mart 2021 13:38

Xəbər 496 dəfə oxunub

Futbol üzrə Ukrayna kubokunda dörddəbir final mərhələsinin oyunları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Dnepr”lə qarşılaşıb.Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Aleksandriya” 4:3 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.P.Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.xeber100.com