Ukrayna prezidenti Pyotr Poroşenko 2014-cü il yanvarın 1-dən sonra çəkilmiş Rusiya filmlərinin yayımlanmasına qadağa qoyan qanunu imzalayıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, müvafiq göstəriş Ali Radanın saytında dərc olunub. Qadağa nəinki bədii filmlərə və seriallara, həmçinin televiziya proqramlarına və verilişlərinə də aiddir. Kiyev hökumətinin fikrincə, bu addım “Ukraynanın informasiya sahəsində milli təhlükəsizlik səviyyəsinin yüksəlməsinə” xidmət edəcək. Son iki il ərzində Ukrayna hökuməti “informasiya təcavüzünə” qarşı mübarizə adı ilə Rusiyanın 430 film və serialını “qara siyahı”ya salıb. Həmçinin ölkədə “milli təhlükəsizliyə təhdid” yaradan 80-dən çox rusiyalı mədəniyyət xadiminin siyahısı tərtib olunub, onların iştirakı ilə çəkilən filmlərin yayımı qadağan edilib. Ukraynada bununla yanaşı, mədəniyyət xadimlərinin “ağ siyahı”sı da mövcuddur. Bu siyahıya hazırkı Kiyev hökumətinə dəstəyini ifadə edən Andrey Makareviç, Liya Axedjakova, Mixail Jvanetski, Arnold Şvartsnegger, Corc Kluni və başqaları daxildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…