Ukrayna Xarici İşlər Nazirliyi Krım tatarları Məclisinin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat yayıb. APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in rəsmi saytında yerləşdirilən məlumatında bildirilir. Sənəddə qeyd olunur ki, son iki il ərzində Kreml Ukraynaya məxsus yarımadada fundamental hüquq və azadlıqları kütləvi şəkildə pozaraq Krımı təzyiq, təqib və hədə-qorxu məkanına çevirib: “Bu arada Məclisin ekstremist fəaliyyətdə günahlandırılması xüsusilə bayağı görünür”. Dünya ictimaiyyətinə müraciət edən Ukrayna XİN Rusiyadan yarımadada fundamental hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına son qoymağa çağırıb. Qeyd edək ki, Krımın prokuroru Natalya Poklonskaya Krım tatarlarının Məclisinin fəaliyyətini dayandırılması barədə qərar qəbul edib. xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…