Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 13-dən 17-dək Kiyevdə təlim-məşq toplanışı olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.Komandalar martın 14-də və 17-də üz-üzə gələcəklər.Təlim-məşq toplanışına Nigar Abdulova (“Qəbələ”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyəspor”, Türkiyə), Nərmin Əhmədli (“Təhsil”), Peritan Bozdağ (“Konak Bələdiyyəspor”, Türkiyə), Ayşən Əhmadova (“Gənclik”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Vüsalə Hacıyeva (“Sumqayıt”), Vüsalə Seyfəddinova (“Gənclik”), Dilge Uyğun (“Ayntraxt”, Almaniya), Aytən İbadova (“Qubek”), Firəngiz Teymurova (“Keşlə”), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Rövşanə Sərdarlı (“Gənclik”), Muazzəz Yağmur Özkumru (“Konak Bələdiyyəspor”, Türkiyə), Ülkü Özdəmir (“Montabaur”, Almaniya), Arzu Əliyeva (“Sumqayıt”), Haticə Özdəmir (“Montabaur”, Almaniya) və Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyəspor”, Türkiyə) dəvət olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…