Azərbaycan Mətbuat Şurası Ukraynanın “Mirotvorets” Tədqiqatlar Mərkəzinin saytında 239 jurnalistin, o cümlədən Azərbaycanın kütləvi informasiya vasitələrini təmsil edən 11 media nümayədəsinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlanan separatçı quruluşlarla əməkdaşlıqda günahlandırılması, terrorizmə dəstək verməkdə ittiham edilməsi ilə bağlı Ukraynanın Xarici İşlər, İnformasiya Siyasəti Nazirliklərinə, o cümlədən ölkənin Prezident Administrasiyasına müraciət ünvanlayıb. Müraciətdə adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç birinin sözügedən ərazilərdə olmadığı və akkreditasiya üçün bu quruluşlara müraciət etmədiyi diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, “Mirotvorets” təşkilatı həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edərkən onların Rusiyanın Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmələrini və bu ölkə ərazisində fəaliyyət göstərmələrini əsas götürüb. “Məlumat üçün bildiririk ki, Azərbaycan özü də işğalçı Ermənistanın timsalında separatçılıqdan və ekstremizmdən əziyyət çəkir. Media ictimaiyyətimiz separatçılığın istənilən formasının təbliğinin Azərbaycanın dövlətçilik maraqları ilə zidd olduğunu birmənalı şəkildə qəbul edir. Bu həssas məsələdə dövlətimiz, ictimaiyyətimiz və mediamız vahid prinsipial mövqeyə malikdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan vətəndaşlığını daşıyaraq ölkəmizin kütləvi informasiya vasitəsini xaricdə təmsil edən şəxsin nəinki Ukraynanın, istənilən başqa dövlətin də ərazi bötüvlüyünə xələl gətirəcək qeyri-qanuni aksiya və təşəbbüsdə yer alması mümkün deyildir”. Müraciətdə həmçinin deyilir ki, “Mirotvorets” təşkilatının çoxlu sayda jurnalisti, o cümlədən ölkəmizin media mənsublarını bu sayaq şübhələndirmək istəyi beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsiplərinə tamamilə ziddir: “Sizə müraciət edərək belə bir qurumun ümumilikdə Azərbaycan və Ukrayna dövlətləri arasında nifaq yaratmağa hesablandığı aydın görünən fəaliyyətinə diqqətlə yanaşmağı, müvafiq hüquqi tədbir görməyi xahiş edirik”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…