Martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evinin açılması gözlənilir.Azərtac xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Ukrinform” agentliyinə müsahibəsində bildirib.Səfir qeyd edib ki, Azərbaycan və Ukrayna bu il ticarət dövriyyəsini 1 milyard ABŞ dollarınadək artırmaq niyyətindədir. Bu məqsədlə martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır. Ticarətin Evinin binası Kiyevin mərkəzində yerləşir və müvafiq təmir işləri aparılır. Ticarət Evində Azərbaycan istehsalı olan məhsulların sərgisi təşkil olunacaq və satışı həyata keçiriləcək. Eyni zamanda, biz bazarın təhlilini aparmağı, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməyi və Azərbaycan şirkətləri üçün hüquqi əsası təmin etməyi planlaşdırırıq. Ümumiyyətlə, burada həm özəl, həm də dövlət sektorunda bütün Azərbaycan biznesinin əlaqələndirilməsi aparılacaq. Düşünürəm ki, bu, bizim yeni investorlar üçün də yaxşı platforma olacaq, burada kiçik, orta və böyük həcmli investisiya layihələri müzakirə olunacaq və qərarlar qəbul ediləcək.”Əminəm ki, bu, nəinki Azərbaycan biznesi, Ukrayna biznesinin inkişafı üçün də yaxşı platforma olacaq. Ukraynanın bir çox maraqlı məhsulları və layihələri var ki, Mərkəzi Asiya və İran bazarlarına idxal və ixracına ehtiyacı var. Lakin bu, bir sıra səbəblər üzündən mümkün deyil. Düşünürəm ki, Azərbaycan və yeni açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə bu imkanların həyata keçirilməsi mümkündür”, – deyə diplomat qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…