Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayında Ümrə ziyarətində iştirak edəcək zəvvarlar üçün yeni qaydaları açıqlayıb.Azərtac xəbər verir ki, Məkkədəki Böyük Məscid və Mədinədəki Peyğəmbər Məscidinə daxil olmaq üçün əsas şərt zəvvarların vaksinin ən azı bir dozasını vurdurmasıdır. İcazə vərəqi olmayan avtomobillərin Məkkə şəhərinin mərkəzinə girişi qadağan edilib, həmçinin uşaqların məscidə daxil olması və ya onun ətrafında gəzməsinə də izn verilməyəcək.Nazirlik bəyan edib ki, icazə sənədi olmadan Ümrə ziyarətinə gələn insanlara 10 min Səudiyyə rialı (26 min dollar), məscidlərə özbaşına daxil olanlara isə min rial (2600 dollar) məbləğində cərimə tətbiq ediləcək. Bundan başqa, təravih namazı qılanlar üçün bütün məscidlərdə vaxt məhdudlaşdırılacaq və Kral Salmanın xüsusi qərarı ilə həmin namazın rükəti azaldılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…