Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19 əleyhinə vaksinlər və buster dozaları səmərəlidir

23 Fevral 2023 15:23

Xəbər 168 dəfə oxunub

Yeni araşdırma göstərib ki, COVID-19 əleyhinə vaksinlər və buster dozaları səmərəlidir.

BMT-nin saytı xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bu barədə Cenevrədə çıxış edib.

Aparılmış tədqiqatlar təsdiq edib ki, koronavirus əleyhinə peyvəndlər və buster dozaları xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını xeyli azaltmaqla bərabər, COVID-19-a yoluxmuş pasiyentlərdə ürək tutması və insult ehtimalını da azaldır.

ÜST-nin COVID-19 əleyhinə vaksinlər üzrə Texniki Məsləhət Qrupu mövcud preparatların effektivliyini qiymətləndirmək və lazım gələrsə onları təkmilləşdirmək üçün epidemioloji vəziyyəti daim müşahidə etməyin nəzarətin zəruri olmasını vurğulayıb.

Doktor Gebreyesus deyib: “Virusun təkamülü prosesində müvafiq vaksinləri, terapevtik və diaqnostik vasitələri vaxtında yeniləşdirmək üçün hökumətlər epidemioloji müşahidəni dəstəkləməlidirlər”.

ÜST-nin rəhbəri vurğulayıb: “Bütövlükdə dünyada vəziyyət üç il əvvəlki ilə müqayisədə yaxşılaşıb. Lakin COVID-19-a ciddi yanaşmamaq olmaz. Ötən həftə cümə günü Münxen Təhlükəsizlik Konfransında demişəm ki, dünya əvvəlki kimi, hələ də yeni pandemiyaya hazır deyil”.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05