Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

3 Avqust 2022 13:55

Xəbər 353 dəfə oxunub

Ölkələr “təsirə məruz qalan insanların milliyyətindən, dərisinin rəngindən və ya dinindən asılı olmayaraq” meymunçiçəyi xəstəliyinin sürətlə yayılmasının qarşısını almaq üçün əməkdaşlığı genişləndirməlidir.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib. Sneqalın paytaxtı Dakarda çıxış edən ÜST baş direktorunun fövqəladə hallar üzrə köməkçisi İbrahim Sose Foll qeyd edib ki, ÜST “bir neçə il Afrikada meymunçiçəyi problemi üzərində işləyib, lakin bu heç kimi maraqlandırmayıb”. O əlavə edib ki, ÜST bu işi son dərəcə çətin maliyyələşdirmə şəraitində həyata keçirməli olub, çünki bu infeksiya “unudulmuş tropik xəstəliklərə” aid edilib və onunla mübarizəyə heç bir vəsait ayrılmayıb.Lakin bu xəstəlik “qlobal Şimal” ölkələrində peyda olunan kimi dünya reaksiya verib. “Eyni hal Zika virusu ilə də baş verdi və biz bu cür ayrı-seçkiliyə son qoymalıyıq”, – deyə doktor Foll qeyd edib.İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmasını, beynəlxalq əhəmiyyət kəsb edən, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, bu, səhiyyə sistemində ən yüksək təhlükə səviyyəsidir.Beləliklə, ÜST koordinasiyanı, ölkələrin əməkdaşlığını və qlobal həmrəyliyi gücləndirməyə çalışır.”Dünya milliyyətindən, rəngindən və ya dinindən asılı olmayaraq bu insanları qorumalıdır”, – deyə doktor Foll vurğulayıb. “Hesab edirəm ki, bu son dərəcə vacibdir və indi 70-dən çox ölkədə meymunçiçəyi qeydə alındıqdan sonra hamı hərəkətə keçməyə başlayıb”.Bu ilə qədər meymunçiçəyi xəstəliyinə səbəb olan virus nadir hallarda endemik olduğu Afrikadan kənarda yayılırdı.Lakin mayın əvvəlində Böyük Britaniyada xəstəliklə əlaqədar bir neçə hal barədə yayılan xəbərlər xəstəliyin Avropaya ayaq açdığı barədə bir siqnal idi. “Meymunçiçəyi xəstəliyi sahəsində tədqiqat proqramını sürətləndirmək çox vacibdir və biz artıq bunu edirik ki, ən çox zərər çəkmiş Afrika ölkələri bu xəstəliyin profilaktikası və onunla mübarizə aparmaq üçün resurslara malik olsunlar”, – deyə doktor Foll bildirib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05