Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən…

27 Fevral 2019 13:08

Xəbər 874 dəfə oxunub

Azərbaycanda ötən ilin dekbar ayından indiyədək 150-dən çox insan qızılcaya yoluxub.Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.Onun sözlərinə görə, 2018-ci ilin dekabr ayı və bu ilin yanvar ayında ölkə üzrə 106 nəfərin qızılcaya yoluxduğu təsdiqini tapıb. Fevral ayında isə yoluxmaların sayı 50-dən çox olub:“Xəstələnmə səviyyəsi demək olar ki, eynidir, amma son günlərdə yoluxma sayında bir qədər azalma müşahidə edilir. Çünki ərazilərdə peyvənddən kənarda qalan uşaqların buna cəlb edilməsi işi daha da gücləndirilib, gücləndirilmiş qaydada əks-epidemik tədbirlər həyata keçirilib, xəstələrin izolyasiya edilməsi, müayinə və müalicəyə cəlb edilməsi vaxtında həyata keçirilib. Hazırda bu tədbirlər davam etdirilir”.A.Əliyeva qeyd edib ki, qızılcaya yoluxanların əksəriyyəti vaxtilə peyvənd olunmayan 20-40 yaşlı şəxslərdir.Mərkəz rəsmisi vurğulayıb ki, havanın temperaturu yüksəldikcə qızılcaya yoluxma halları daha da azalacaq: “Hazırda insanlar daha çox qapalı şəraitdə olurlar. Qızılcaya yoluxma zamanı isə havanın dəyişdirilməsi çox vacibdir. Payız-qış mövsümü üçün xarakterik olan qızılca xəstəliyi yay mövsümünə yaxın artıq qeydə alınmayacaq”.Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisi Azərbaycanda qızılcaya yoluxmanın gözləniləndən daha artıq müşahidə edildiyini açıqlayıb:”Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları, əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib”.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05