Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar…

25 Oktyabr 2016 11:04

Xəbər 1135 dəfə oxunub

Dünya Səhiyyə Təşkilatı depressiya ilə mübarizə ilinin başlandığını elan edib. DST-nin saytı xəbər verir ki, 2017-ci ildə Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar keçiriləcək kampaniya depressiya mövzusuna həsr olunacaq. Kampaniyanın əsas məqsədi depressiya, onun səbəbləri və fəsadları, xəstəliklə mübarizə metodları barədə əhalinin məlumatlılığını artırmaqdır. Mütəxəssislər əsas mövzular üzrə artıq materiallar hazırlayıblar. Materiallarda, həm də istiqamətverici informasiya blokları mövcuddur. Məhz bu informasiyalar əsasında ilk növbədə xəstələrin doğmaları və yaxınları onlara yardım göstərə biləcək, lazım gələrsə, həkimə müraciət edəcəklər. Bütün ölkələrdə müxtəlif kateqoriyalarda və yaşda olan insanlar depressiyadan əziyyət çəkirlər. Depressiya psixi əzab verir, hətta ən adi gündəlik vəzifələri yerinə yetirmək üçün insan qabiliyyətinə mənfi təsir göstərir, dostlar və yaxınlarla münasibətləri korlayır. Bu gün depressiya 15-29 yaşlı insanlar arasında intihara daha çox səbəb olur.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05