Gürcüstanın Batumi şəhərində təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün 5-ci turun oyunları keçirilir. Kişi şahmatçılardan ibarət yığmamız Ermənistan komandası ilə, qadın təmsilçilərimiz isə Yunanıstan yığması ilə qələbə uğrunda mübarizə aparacaqlar.Azərbaycan-Ermənistan matçında Levon Aronyan-Şəhriyar Məmmədyarov, Qabriel Sarkisyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Arkadi Naydiç və Hayk Martirosyan-Rauf Məmmədov qarşılaşmaları gözlənilir. Azərbaycan-Yunanıstan qarşılaşmasında isə Anna-Mariya Botsari-Zeynəb Məmmədyarova, Stavroula Solakidu-Xanım Balacayeva, Anastasiya Avromidu-Gülnar Məmmədova və Xaritomeni Markantonaki-Ülviyyə Fətəliyeva yarışacaqlar.Azərtac xəbər verir ki, Batumi Olimpiadasının dördüncü turunda Azərbaycan yığması qələbə qazanıb. Kişi şahmatçılarımız 3,5:0,5 hesabla İngiltərə yığmasına qalib gəlib, qadın təmsilçilərimiz isə 1,5:2,5 hesabla ABŞ komandasına məğlub olublar. Komandaya qələbəni Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov qazandırıb, Arkadi Naydiç üçüncü şahmat taxtası arxasında heç-heçə oynayıb. ABŞ-la qarşılaşmada isə Xanım Balacayeva qələbə qazanıb, Gülnar Məmmədova “sülh” bağlayıb, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova məğlub olublar.Dörd turdan sonra 3 komandanın – Azərbaycan, Polşa və Çinin hərəsinin aktivində 8 xal var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…