Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib. Azərtac xəbər verir ki, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək. İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (İBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək. Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan-Kuba, ABŞ-Çexiya, Çin-İtaliya, İngiltərə-Hollandiya, Yunanıstan-Fransa görüşləri də maraqla gözlənilir. Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət əsas millisi 6 xalla Rusiya və Kuba ilə birgə 1-3-cü yerləri bölüşür. “Azərbaycan-2” komandası 33-cü, “Azərbaycan-3” isə 59-cu pillədə qərarlaşıb. Qadınlardan ibarət birinci komandamız 12-ci, “Azərbaycan-2” 19-cu, “Azərbaycan-3” isə 33-cü pillədə qərarlaşıb. Qadınların mübarizəsində Rusiya, Fransa və Hindistan 6 xalla 1-3-cü yerləri bölüşürlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…