Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalında

24 Avqust 2020 14:44

Xəbər 1240 dəfə oxunub

Ümumdünya Şahmat Olimpiadasında dörddəbir finalda mübarizə aparacaq Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, şahmatçılarımız pley-off mərhələsində mübarizə aparacaq Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Digər komandalara gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcəklər.Olimpiadanın pley-off mərhələsi avqustun 27-də, dörddəbir final yarışları isə 28-də keçiriləcək.xeber100.com